Monteneqro Prezidenti Milatoviç Anıtkabiri ziyarət edib

Monteneqro Prezidenti Milatoviç Anıtkabiri ziyarət edib

Rəsmi səfər üçün Türkiyədə olan Monteneqro Prezidenti Yakov Milatoviç Anıtkabiri ziyarət edib.

"Cebheinfo.az" xəbər verir ki, nümayəndə heyəti ilə Aslanlar Yolu ilə addımlayan və Qazi Mustafa Kamal Atatürkün məqbərəsinə gələn Milatoviç məqbərəyə əklil qoyub, bir dəqiqəlik sükutla yad edib.

Daha sonra xatirə şəkli çəkdirən Milatoviç Milli Pakt Qülləsinə gedərək Anıtkabir Xüsusi Kitabını imzalayıb.

Nigar Hacılı
"Cebheinfo.az"