NATO-nun keçmiş baş katibi Şoltsu “Əbədi müharibənin kansleri” adlandırıb

NATO-nun keçmiş baş katibi Şoltsu “Əbədi müharibənin kansleri” adlandırıb

Ukrayna ilə bağlı mövqeyi Almaniya kansleri Olaf Şoltsu “Əbədi müharibənin kansleri” edir.

Bunu Almaniyanın n-tv teleşirkətinə müsahibəsində NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussen deyib.

Rasmussen Şoltsu Kiyevə “Taurus” qanadlı raketləri verməkdən imtina etdiyinə və Leopard tanklarının tədarükü ilə bağlı qərar qəbul edərkən şübhələndiyinə görə, qərarsız siyasətçi adlandırıb.

Keçmiş NATO funksionerinin fikrincə, onun özünü “Sülh kansleri” kimi göstərmək istəyi münaqişənin uzanmasına gətirib çıxaracaq.

"Əksinə, bu, onu əbədi müharibənin kansleri edəcək" deyib alyansın keçmiş baş katibi. O, Şoltsu Ukraynanı “Taurus” qanadlı raketləri ilə təmin etməyə və ötürülən silahların istifadəsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

"Cebhe.info"