Nazirin çantası restoranda oğurlandı

ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noemin çantası restoranda şam yeməyi zamanı maskalı şəxs tərəfindən oğurlanıb.
“Cebheinfo.az” xəbər verir ki, aprelin 20-də Ağ Evdə keçirilən "Pasxa yumurtası yuvarlama" tədbirindən sonra ağlasığmaz bir hadisə baş verib.
Gizli Xidmətdən verilən açıqlamaya görə, restoranın təhlükəsizlik kamerasına düşən görüntülərdə şübhəlinin çantanı götürərək məkandan uzaqlaşdığı əks olunub. Çantada Kristi Noemin sürücülük vəsiqəsi, dərmanlar, ev açarları, pasportu, Daxili Təhlükəsizlik Departamentinin (DHS) giriş nişanı, makiyaj, boş çeklər və təxminən 3000 dollar pul olduğu bildirilir. Hadisədən sonra Gizli Xidmət oğurlanmış əşyaların icazəsiz istifadəsinin qarşısını almaq üçün araşdırmaya başlayıb.
Nigar
“Cebheinfo.az”