Norveç Ukraynaya 12 qatar hədiyyə edəcək

Norveç Ukraynaya 12 dizel qatarı vermək niyyətindədir.
Cebhe.info "Nettavisen"ə istinadən xəbər verir ki, bu barədə nəqliyyat naziri İon-İvar Nyuqord bildirib.
Onun sözlərinə görə, ilk 4 qatar yaya qədər, qalan 8 qatar isə il ərzində göndəriləcək.
Nazir əlavə edib ki, Ukraynada hərbi vəziyyət şəraitində nəqliyyat məsələsi çox vacibdir.
Xatırladaq ki, bundan əvvəl Norveç Ukraynaya 32 modul körpü bağışlayıb.
Cebhe.info