Nümayişdə 40 nəfər saxlanılıb

Nümayişdə 40 nəfər saxlanılıb

İngiltərənin paytaxtı Londonda on minlərlə fələstinli tərəfdarın İsrailin Rəfaha qarşı hücumlarına etiraz olaraq təşkil etdiyi nümayişdə 40 nəfər saxlanılıb.

"Cebhe.info" xəbər verir ki, London Böyükşəhər Polisi verdiyi açıqlamada İsrailin Rəfahdakı çadırlara hücumlarına reaksiya vermək üçün dünən Downing Street və Baş nazirin 10 nömrəli ofisinin yerləşdiyi Parlament qarşısında təşkil edilən etirazlarda 40 nəfərin nəzarətə alındığını açıqlayıb.

 Onlar yolları kəsdikləri və ictimai asayişin pozulması səbəbindən saxlanılıblar.

Açıqlamaya görə, hadisələr zamanı 3 polis əməkdaşı yaralanıb. Onlardan biri camaatın içindən atılan şüşənin dəyməsi nəticəsində üzündən ağır yaralanıb.  Qeyd edilib ki, şübhəlinin şəxsiyyəti hələ müəyyən edilməsə də, polis araşdırmalarını davam etdirir.

Nigar Hacılı 
"Cebhe.info"