Ölkənin ən hündür binası: 35 il və 4 milyard dollar sərf olunub - VİDEO

Yaponiyanın paytaxtı Tokioda ölkənin ən hündür göydələni olan “Azabudai Hills” çoxfunksiyalı kompleksinin tikintisi başa çatıb.
Cebhe.info xəbər verir ki, onun açılışı bir neçə gündən sonra baş tutacaq.
Əvvəllər ölkənin ən hündür binası Osakadakı Abeno Harukas idi. Agentliyin müxbiri “Mori JP Tower” adlı 325 metrlik binanı çöldən və binanın mərtəbələrindən birində yerləşən kafedən videoya çəkib. Yeni qüllənin 52-ci mərtəbəsinin pəncərələrindən Tokio qülləsinə, Göy qurşağı körpüsünə və digər attraksionlara mənzərə açılır.
Üç rayonun - Roppongi, Azabu və Toranomonun kəsişməsində yerləşən “Azabudai Hills” kompleksinin ümumi sahəsi təxminən səkkiz hektara yaxındır. Bu layihənin icrası inkişaf mərhələsindən başlayaraq 35 il davam edib və dəyəri dörd milyard dollardan çoxdur. Yeni kompleksdə 20 min işçi üçün ofislər, 3,5 min nəfərlik mənzillər, ticarət obyektləri, iki otel, Tokiodakı “British School” beynəlxalq məktəbi, Rəqəmsal İncəsənət Muzeyi, böyük tibb mərkəzi və digər infrastruktur obyektləri var.
Ərazinin 40 faizə yaxını yaşıllıqlar və parklar təşkil edir.
Xəzər
Cebhe.info