Orban: "Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyir"

Orban: "Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyir"

Macarıstan baş naziri Viktor Orban bildirib ki, ölkəsi Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyir.

Modern.az UNIAN-a istinadən xəbər verir ki, o, Budapeştdə Çin Xalq Respublikasının lideri ilə birgə mətbuat konfransı zamanı bu barədə danışıb.

Orban "Avropanın müharibənin tərəfində olduğunu" və yeganə istisnanın "atəşkəs və sülh danışıqlarına çağıran Macarıstan" olduğunu vurğulayıb.

O əlavə edib ki, Çin dünya nizamının sütunlarından biridir. Baş nazir Macarıstanın Çinin təklif etdiyi sülh planını dəstəklədiyini bildirib.

"Cebhe.info"