Pakistan liderinin səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirildi

Pakistan liderinin səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirildi

Pakistan Prezidenti Asif Əli Zərdarinin vəziyyəti pisləşib.

Bu haqda Pakistan Xalq Partiyası məlumat yayıb.

Qeyd olunub ki, Pakistan lideri Kəraçi şəhərindəki özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

“Express News”un məlumatına görə, onun qızdırma və infeksiya şikayətləri olub.

Qeyd edilib ki, Zərdari bir neçə tibbi müayinədən keçib və həkimlər onun vəziyyətini nəzarətdə saxlayırlar.

"Cebheinfo.az"