Pakistanda güclü yağış: Ölənlərin sayı 17-ə yüksəlib

Pakistanda güclü yağış: Ölənlərin sayı 17-ə yüksəlib

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində 3 gündür davam edən güclü yağışlar nəticəsində 17 nəfər həyatını itirib, 23 nəfər isə yaralanıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Pakistanın rəsmi xəbər agentliyi olan "Associated Press of Pakistan" (APP) məlumat verib.

Məlumatda Hayber Paxtunxva əyalətinin bəzi bölgələrdə yağan güclü yağış səbəbiylə 116 evin zərər gördüyü, bəzi yolların nəqliyyata bağlandığı qeyd edilib. 

Üç gündür davam edən şiddətli yağışlarda 5-i uşaq olmaqla 17 nəfərin öldüyü, 23 nəfərin isə yaralandığı bildirilib.

Digər tərəfdən, 148 baş iribuynuzlu heyvanın tələf olduğu bildirilib.

Xəbərdə yağışlardan zərər çəkənlərə ən qısa zamanda maddi dəstək vermələri ilə bağlı yerli hökumətlərə göstəriş verildiyi vurğulanıb.

Nigar Hacılı 
"Cebhe.info"