Partiyadan etiraz: "Altılı masa" özünə başqa ad tapmalıdır" 

Partiyadan etiraz: "Altılı masa" özünə başqa ad tapmalıdır" 

Millət Partiyası partiya adlarının “Altılı masa” tərəfindən ittifaq adı kimi istifadə edilməsinə etiraz olaraq Yüksək Seçki Şurasına (YSK) müraciət ünvanlayıb.

Cebhe.info xəbər verir ki, Millət Partiyasının baş katibi Mehmet Əli Küçükgüzel partiya üzvləri ilə birlikdə YSK-ya təqdim etdikləri ərizə ilə bağlı açıqlama verib:

"Altılı masa"nın ittifaq adı "Millət İttifaqı" ola bilməz. Çünki Millət Partiyası seçkilərə öz adı və loqosu ilə təkbaşına qatılır. Dünyanın ən zəngin dillərindən biri olan gözəl türkcəmizdə bir söz qalmayıb ki, Millət Partiyasının adını ittifaqınızda ad olaraq istifadə edirsiniz?
Əgər bacarmazsınızsa, bizə deyərdiniz, sizə uyğun bir ad tapardıq. "Altılı masa" özünə başqa ad tapmalıdır. "Altılı masa"nın adını Millət Partiyasını ittifaq olaraq müəyyən etməsi mənəvi, qanuni müəyyən etməsi əxlaqi, hüquqi və qanuni deyil.

İttifaq olaraq Millət Partiyası. Bu, nəzakətə və siyasi əxlaqa ayıbdır. Bu, açıq-aşkar qanunlara ziddir. Hər partiyanın adları özünəməxsusdur. İttifaqın adını partiya adı olaraq istifadə etsələr, "Altılı masa"ya “qəsb ittifaqı” kimi müraciət edəcəyik".

Naibə
Cebhe.info