Putin atəşkəsdən imtina etməyib

"Rusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəs təklifindən imtina etməyib".
“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ Prezidenti Donlad Tramp jurnalistlərə belə deyib.
O, Rusiyanın artıq böyük sanksiyalara məruz qaldığını vurğulayıb. “Onlara heç kimə olmadığı qədər çox sanksiya tətbiq edilib”,-Tramp bildirib.
Tramp Rusiya və Ukrayna haqqında bir-iki yaxşı söhbət apardığını əlavə edib. Xatırladaq ki, martın 18-də ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub.
Müşfiq Abdulla
“Cebheinfo.az”