Putin iranlı nazirlə bunları danışıb

Putin iranlı nazirlə bunları danışıb

İranın xarici işlər naziri Abbas Əraqçi Kremldə Rusiya prezidenti Putinlə görüş barədə danışıb.

“Cebheinfo.az” İRNA-ya istinadən xəbər verir ki,  çox yaxşı görüş olub:

“Biz çox mühüm müzakirələr apardıq. İran İslam Respublikası ilə Rusiya arasında əlaqələr heç vaxt indiki kimi güclü, yaxşı və qarşılıqlı hörmət və maraqlara əsaslanan münasibətlər olmayıb”.

Nazir deyib ki,  İran və Rusiya arasında bu yaxınlarda imzalanan hərtərəfli strateji əməkdaşlıq müqaviləsi iki ölkə arasında münasibətlərin səviyyəsini strateji səviyyəyə qaldırıb.

“Biz Rusiyadakı dostlarımızla bütün beynəlxalq sahələrdə sıx əməkdaşlıq və məsləhətləşmələr aparırıq”, - deyə nazir qeyd edib.Onun sözlərinə görə, İran və Rusiya arasında sıx əməkdaşlıq gələcəkdə də daha çox intensiv və güclə davam edəcək.

Xəzər
“Cebheinfo.az”