Qarabağdan köçən ermənilərdən pul qazanmağın yeni yolu

Qarabağdan köçən ermənilərdən pul qazanmağın yeni yolu

Qarabağdan köçən ermənilər üçün “40+10 min dram” dəstək proqramı daha 9 ay - 2024-cü ilin aprelindən dekabr ayına qədər davam edəcək. 

“Cebhe.info” xəbər verir ki, müvafiq qərar martın 28-də Ermənistan hökumətinin iclasında qəbul edilib.

Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın qeyd edib ki, layihəni təqdim edərkən ailənin bütün üzvlərinə, o cümlədən yetkinlik yaşına çatmayanlara yardım göstəriləcək. “Yeni layihə ilə biz benefisiarların dairəsini genişləndiririk, xüsusən də 2020-ci ildən sonra məcburi köçkünlərin ailə üzvlərini benefisiar hesab edirik, onların sayı 6 minə yaxındır. Mənzil proqramının benefisiarları bu proqramın benefisiarları olmayacaq, söhbət Qarabağın müəyyən rayonlarından olan və mənzil sertifikatı almaq hüququ olanların ailələrindən gedir”, - Mkrtçyan izah edib.

O əlavə edib ki, ərizələr aprelin 15-dən qəbul olunacaq və artıq “40+10” proqram sistemində ərizəsi olanların onları yenidən təqdim etməsinə ehtiyac qalmayacaq.

Məlumata görə, Qarabağan könüllü gedən ermənilər Ermənistanı kütləvi şəkildə tərk edirlər. Bunn qarşısını almaq və həmin ermənilərə yardım adı ilə xaricdən maliyyə vəsaiti almaq istəyən Ermənistan hökuməti proqramın icra müddətini uzatmaq qərarına gəlib.

Xəzər
“Cebhe.info”