Qazaxıstanda mədən çökdü - 7 nəfər dağıntılar altında qaldı

Qazaxıstanda mədən çökdü - 7 nəfər dağıntılar altında qaldı

Qazaxıstanın Ulıtau vilayətinin Janaarka rayonunda yerləşən "Jomart" mədənində dağ süxurlarının uçması baş verib.

Modern.az Qazaxıstan FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, dağıntılar altında mədənin 7 işçisi qalıb. Hazırda xilasedicilər axtarış-xilasetmə işləri aparırlar.

Hadisənin səbəbləri araşdırılır.

"Cebheinfo.az"