Qəzzada yüzlərlə fələstinli uşaq çərpələng uçurub - VİDEO

Qəzzada yüzlərlə fələstinli uşaq çərpələng uçurub - VİDEO

Qəzza zolağında yüzlərlə fələstinli uşaq müharibə şəraitində sülhün simvolu olaraq səmaya çərpələng buraxıb.

Məlumata görə, tədbir Rəfah şəhərində təşkil olunub.

Telekanalın nümayiş etdirdiyi kadrlarda uşaqların azadlıq və sülh arzusunu simvolizə edən çərpələnglər uçurtduğu görünür.

“Biz sadəcə olaraq bir az əylənməyə çalışırıq, çünki hazırkı vəziyyət faciəvidir”, - deyə iştirakçılardan biri bildirib.

Qeyd edək ki, Qəzza zolağında ölənlərin sayı 35 min 500 nəfəri keçib, daha 75 min nəfər isə yaralanıb.

https://t.me/aznovost/82398

"Cebhe.info"