Qəzzaya dəstək nümayişləri davam edir

Qəzzaya dəstək nümayişləri davam edir

Meksika Milli Muxtar Universitetinin müxtəlif fakültələrinin tələbələri Qəzzaya həmrəylik düşərgəsi yaradıblar.

“Cebhe.info” xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Mexikoda Meksika Milli Muxtar Universitetinin (UNAM) rektorluğu qarşısında Qəzza ilə həmrəylik düşərgəsi quran tələbələr, İsrailin Qəzzaya hücumlarına etiraz edərək, Meksika hökumətindən İsraillə diplomatik əlaqələrin kəsilməsini istəyiblər.

ABŞ-də davam edən etirazlara da dəstək verən tələbələr Kanada və İngiltərənin İsrail siyasətini pisləyiblər.

Meksika hökuməti İsraillə diplomatik əlaqələri kəsənə qədər etirazlarını davam etdirəcəklərini bildirən tələbələr düşərgəyə Fələstin bayraqları sancıblar.

Digər tərəfdən Mexiko Kollecinin binasında toplaşan "Fələstində Soyqırıma Qarşı Tələbə Təşkilatı" adlı qrup binanın üzərinə pankartlar asaraq, Meksika hökumətini İsrailə reaksiya verməyə çağırıb.

Nigar Hacılı 
"Cebhe.info"