Qırğızıstanın bayrağı dəyişdirilə bilər

Qırğızıstan bayrağının dəyişdirilməsi müzakirə olunur.
Modern.az "Orda"ya istinadən xəbər verir ki, iki deputat ölkə bayrağındakı günəş şüalarının formasının dəyişdirilməsini təklif edib.
Parlamentin spikeri Nurlanbek Şakiyev və deputat Ulan Primov şüaları həqiqi günəş şüalarına daha çox bənzətmək üçün düzəliş edilməsini vacib hesab edirlər.
Qanun layihəsi artıq ictimai müzakirəyə çıxarılıb.
Cebhe.info