Rusiya Kiyevə yenidən hücum etdi

Rusiya Kiyevə yenidən hücum etdi

Rusiya Ukraynanın paytaxtı Kiyevə raket və pilotsuz təyyarələrlə hücum edib.

"Cebheinfo.az" xəbər verir ki, hücum nəticəsində 9 nəfər həyatını itirib, 70-dən çox adam yaralanıb.

Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin “Telegram” hesabından edilən yazılı açıqlamada rusların bu gecə Kiyevə hava hücumu təşkil etdiyi bildirilib.

Qeyd olunub ki, hücum nəticəsində 9 nəfər ölüb, 70-dən çox adam isə yaralanıb.Məlumatda şəhərin 13 fərqli nöqtəsində axtarış-xilasetmə işlərinin aparıldığı, Sviyatoshin rayonunda bir binanın dağıntıları altında qalan insanların xilas edilməsi işlərinin davam etdirildiyi bildirilib.

Kiyev Şəhər Hərbi İdarəsindən verilən yazılı açıqlamada Rusiya ordusunun PUA, idarə olunan və ballistik raketlərlə paytaxta hücum etdiyi paylaşılıb.

Nigar Hacılı 
"Cebheinfo.az"