Rusiya NATO-nu münaqişəyə hazırlaşmaqda ittiham edib
NATO-nun Şərqi Avropa və Qara dənizdəki fəaliyyəti Rusiya ilə potensial münaqişəyə hazırlıqla bağlıdır.
Rusiya KİV-i xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rumıniya hava bazasının genişləndirilməsi Şimali Atlantika blokunun Şərqi Avropa və Qara dəniz regionunun hərbiləşdirilməsini davam etdirməsinin bir daha sübutudur”, - məlumatda qeyd edilib.
Bildirilib ki, Polşa və Baltikyanı ölkələrdə də koalisiya potensialı gücləndirilir: “Alyansın addımları Rusiya sərhədlərinin perimetri boyunca hərbi gərginliyi artırır”.
"Cebhe.info"