Rusiya və Çin liderləri arasında görüş BAŞLADI

Rusiya və Çin liderləri arasında görüş BAŞLADI

Rusiya prezidenti Vladimir Putin və Çin lider Si Cinpin arasında geniş tərkibdə görüş başlayıb.

Cebhe.info "Kommersant" qəzetinə istinadən xəbər verir ki, Kreml sarayında keçirilən görüşdə prezidentlərlə yanaşı hökumət, Təhlükəsizlik Şurasının üzvləri, böyük özəl və dövlət şirkətlərinin rəhbərləri iştirak edir.

Görüşdən sonra liderlər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

Qeyd edək ki, Si Cinpin və Putin arasında dünən dörd saat yarım davam edən qeyri-rəsmi görüş keçirilib. Çin liderinin səfəri martın 22-də başa çatacaq.

Cebhe.info