Şimali Koreya bu dəhşətli silahı sınaqdan keçirdi

Şimali Koreya bu dəhşətli silahı sınaqdan keçirdi

Şimali Koreya “radioaktiv sunami” yarada bilən silahlı pilotsuz dəniz vasitəsini sınaqdan keçirdiyini açıqlayıb.

Cebhe.info Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, bu gizli silah çərşənbə axşamı Cənubi Hamgyong şəhərindən sulara buraxılıb.

Məlumata görə, avtomobil ölkənin şərq sahillərində 80-150 metr dərinlikdə 59 saat qaldıqdan sonra partladılıb.

Agentlik eksperimentdə nüvə başlığının əvəzinə sınaq başlığının istifadə edildiyini bildirib.

Günay Şahmar
Cebhe.info