Şolts da TikTok-a gəlir

Şolts da TikTok-a gəlir

Almaniya kansleri Olaf Şolts federal hökumət üçün TikTok sosial şəbəkəsində hesab yaradılmasının tərəfdarı olduğunu bildirib.

"Cebhe.info" Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə "Röyter" agentliyi məlumat yayıb.

"Federal hökumət bu mövzunu müzakirə edir. Düşünürəm ki, bu, düzgün qərar olardı" - Şolts Drezdendə vətəndaş təşəbbüsü ilə keçirilən görüşdə bildirib.

Kanslerin sözlərinə görə, ondan çoxdan niyə Xristian Sosial Demokratlardan fərqli olaraq, Almaniya üçün Alternativ (AfD) populistlərinin TikTok-da bu qədər aktiv olduqlarının səbəbini soruşublar. Kansler deyib ki, hökumət və nazirliklər artıq bir neçə aydır, hansı onlayn platformalarda təmsil olunmaq, hansında olmamaq məsələsini müzakirə edirlər.

Eyni zamanda, Olaf Solts alman sakinlərini təkcə onlayn rejimdə deyil, reallıqda da aktiv sosial həyat sürməyə, gündəlik həyatda “reallığa nəzarəti” həyata keçirməyə çağırıb. Kanslerin sözlərinə görə, insanlar əvvəllər idman klublarında, pablarda, ailə ortamında daha çox ünsiyyət qururdular. İndi isə bəziləri hətta fikirləri absurd olsa belə, sosial şəbəkələrdə müttəfiq tapırlar. Buna görə də, Solts əmindir ki, real həyatda bu insanlara qarşı çıxmaq və “Bu nə cəfəngiyatdır!” demək mümkündür.

"Cebhe.info"