Tehranın məktubu Vaşinqtona çatdı

Tehranın məktubu Vaşinqtona çatdı

İranın xarici işlər naziri Abbas Arakçi Tehranın Vaşinqtona cavab məktubundan danışıb.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Arakçi “İordaniyadakı dostlarımızdan aldığımız məlumata görə, məktubumuz ABŞ-a çatıb və araşdırılıb” deyib.

Arakçi "İnşallah bu mübarək Ramazan bayramında ölkəmiz üçün ən xeyirli və ən münasib olanı nəsib olar",- deyə əlavə edib.

O, ABŞ ilə danışıqların niyə dolayı yolla olacağı sualına "Danışıqlar edilən təhdidlərə görə dolayı olacaq. Bu, əslində ABŞ-ın tiranlığına bir cavabdır, çünki biz zorbalıq altında müzakirə apara bilmərik" deyib.

"Cebheinfo.az"