Tramp nəinki “soyqırımı” demədi, hətta...

ABŞ Prezidenti Donald Tramp 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri təsvir etmək üçün “soyqırımı” ifadəsini işlətməyib.
“Cebheinfo.az” xatırladır ki, 2021-ci il aprelin 24-də ABŞ-nin ozamankı prezidenti Co Bayden bu barədə danışarkən “soyqırımı” ifadəsi işlədib.
"20-ci əsrin ən dəhşətli fəlakətlərindən birində əziyyət çəkən o görkəmli insanların xatirəsini ehtiramla yad edirik. 1915-ci ildən başlayaraq Osmanlı İmperiyasının son illərində bir milyon yarım erməni qovulub və qəti şəkildə ölümə göndərildib. çoxlu insan həyatını itirdi”, – Tramp Ağ Evin saytında dərc olunan mesajda bildirib.
Oval ofisin sahibinin qeyd etdiyi kimi, hər il aprelin 24-də ABŞ hakimiyyəti Amerika və erməni xalqları arasında möhkəm və davamlı əlaqələri xatırlayır.
“Biz 1915-ci ildə əsası qoyulmuş, erməni qaçqınlarına mühüm humanitar yardım göstərən Amerika Erməni və Suriyaya Yardım Komitəsi ilə fəxr edirik və evlərindən didərgin düşmüş ermənilərə yardım edən və ya könüllü olaraq iştirak edən minlərlə amerikalıya minnətdarıq”, - deyə Amerika lideri bildirib.
"Mənim administrasiyam dini etiqad azadlığının təmin edilməsinə və həssas azlıqların qorunmasına sadiq qalır. Biz davamlı rifah və təhlükəsizlik üçün səylərimizi davam etdirərkən Ermənistanla strateji tərəfdaşlığımızı və regionda sabitliyi dəstəkləməyi səbirsizliklə gözləyirik", - Tramp mesajında vurğulayıb.
Beləliklə, Tramp nəinki “erməni soyqırımı” deməyib, hətta 24 apreldə şəxsən çıxış etməyə də lüzum görməyib. O, sadəcə Ağ Evin sayında mesaj yaymaqla kifayətlənib.
Xəzər
“Cebheinfo.az”