Tramp transgenderləri ordudan qovacaq

ABŞ Ali Məhkəməsi qərar verib ki, Prezident Donald Tramp administrasiyasının transgenderlərin orduda xidmət etməsini qadağan edən qərarı məhkəmə çəkişmələri davam edərkən müvəqqəti olaraq icra oluna bilər.
"Cebheinfo.az" xəbər verir ki, Ali Məhkəmə məsələ ilə bağlı yazılı qərarını dərc edib.
Qərar transseksual əsgərlərin "hərbi effektivliyə" zərər verdiyinə dair konkret sübut təqdim etmədiyi üçün Tramp administrasiyasının transseksual əsgərlərə qoyulan qadağanı tətbiq etməsinə mane olan Dairə Məhkəməsinin qərarını müvəqqəti olaraq dayandırıb.
Digər tərəfdən ABŞ-nin müdafiə naziri Pit Heqset Ali Məhkəmənin qərarı dərc edilməzdən əvvəl “X” sosial media platformasında verdiyi açıqlamada, "Zəifliyi geridə qoyuruq. Artıq əvəzliklər, iqlim dəyişikliyi vəsvəsəsi, təcili peyvənd mandatları, kostyumlu kişilər yoxdur. Bu cəfəngiyyatla işimiz bitdi" deyib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları iyunun 6-dək, ehtiyatda olan qoşunları isə iyunun 7-dək könüllü olaraq tərk etmək imkanı əldə edəcəklər.
Bu tarixdən sonra xidmətdə olanlar üçün “məcburi tərxisetmə prosedurları”na başlanılacaq.
Nigar Hacılı
"Cebheinfo.az"