Trampdan NATO ölkələrinə tələb

Trampdan NATO ölkələrinə tələb

"ABŞ bütün NATO müttəfiqlərindən alyansın iyun ayında keçiriləcək növbəti sammitinə qədər hərbi xərclərin ümumi daxili məhsulun 2 faizinə çatdırılması üzrə öhdəliklərini yerinə yetirməyi tələb edir". 

“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyms Uols Ağ Evdə keçirdiyi birifinqdə belə deyib.

O qeyd edib ki, bu məsələni NATO-nun Baş katibi Mark Rutte ilə müzakirə edib. “Fakt budur ki, NATO müttəfiqlərimizin üçdə biri on il əvvəl, hərtərəfli mənada 10 il əvvəl götürdükləri minimum (hərbi xərclər) öhdəliyin  2 faizini hələ də yerinə yetirmədiyi halda, bu ilin iyun ayında biz NATO-nun sammitini keçirməyə hazırlaşırıq”.

“Ancaq yenə də eşidirik ki, başqası ödəməlidir. Bizim başqa daxili prioritetlərimiz var. Bu qəbuledilməzdir. Prezident Tramp bunu açıq şəkildə ifadə edib”,-deyə Uols əlavə edib,

Müşfiq Abdulla
“Cebheinfo.az”