Türkiyədə qəpik-quruşun istehsalı dayandırıldı

Türkiyədə qəpik-quruşun istehsalı dayandırıldı

Yüksək inflyasiya səbəbindən türk lirəsinin alıcılıq qabiliyyətini itirməsi pul istehsalına da təsir edib. 

"Cebheinfo.az" xəbər verir ki, Xəzinə və Maliyyə Nazirliyinin Zərbxana və Marka Nəşriyyatı Baş İdarəsinin məlumatına görə, yanvar ayında 1, 5, 10 və 25 quruşluq sikkələr dövriyyəyə buraxılmayıb. 2025-ci ilin yanvar ayında 84 min min ədəd 50 quruş, 45 milyon 492 min ədəd bir TL və 16 milyon 853 min ədəd 5 lirə olmaqla, cəmi 62 milyon 429 min ədəd sikkə dövriyyəyə buraxılıb.

Beləliklə dövriyyədə olan sikkələrin ümumi sayı13 milyard 142 milyon 154 min olub. 

Nigar 
"Cebheinfo.az"