Türkiyə millisinin oyunu azərbaycanlı hakimlərə həvalə olundu

Futzal üzrə FIFA referilərimiz beynəlxalq təyinat alıb.
"Cebheinfo.az" xəbər verir ki, Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası AVRO-2026-nın üçüncü qrupu çərçivəsində martın 12-də keçiriləcək Türkiyə - Slovakiya görüşünü idarə edəcəklər.
Matç Erzincan şəhərində keçiriləcək və saat 17:00-da start götürəcək. Oyunun hakim-inspektoru xorvat İvan Novak olacaq.
"Cebheinfo.az"