Rusiya rublu siyasətdən qazandı

Rusiya rublu ABŞ-də siyasi kursun kəskin dəyişməsindən sonra inkişaf etməkdə olan bazarlarda ən yaxşı performans göstərən valyuta oldu.
"Cebheinfo.az" "Bloomberg"-ə istinadən bildirir ki, Rusiya ilə ABŞ arasında danışıqların uğurlu başlanması və Trampın sərt açıqlamaları bazarlarda müsbət gözləntilər yaradıb. "Promsvyazbank"-ın analitiki Denis Popovun sözlərinə görə, rublun ABŞ dollarına qarşı 13% güclənməsi onu inkişaf etməkdə olan bazarlarda məzənnəsi ən çox artan valyuta edib. "Bloomberg" qısa müddətli kurs artışına baxmayaraq, hələ də rublun gələcəkdəki dinamikası ilə bağlı yekun nəticələr çıxarmağın tez olduğunu vurğulayıb.
Səbinə Uğur
"Cebheinfo.az"