Rusiya-Ukrayna münaqişəsi: “Zelenskinin əvəzlənməsi...”

“Ukrayna Prezidenti Volodimir Zelenskinin başqa siyasətçi ilə əvəzlənməsi münaqişənin həllinə təsir etməyəcək”.
“Cebheinfo.az”-ın məlumatına görə, Rusiyanın Beynəlxalq Humanitar və Siyasi Tədqiqatlar İnstitutunun eksperti Vladimir Bruter belə deyib.
“Bizim üçün Zelenskini daha çox rusofob fikirlərə sahib olan hər hansı bir şəxslə əvəz etməyin heç bir fərqi yoxdur. Bu, nizamlanmanı daha da yaxınlaşdırmayacaq”, - deyə Bruter bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”