Şri-Lankada şok olay: Məhkəmə zalında...

Şri-Lankada şok olay: Məhkəmə zalında...

Şri-Lankanın paytaxtı Kolomboda məhkəmə zalında dəstə lideri Sanjeeva Kumara Samararatne vəkil qiyafəsində olan bir nəfər tərəfindən güllələnib.

“Cebheinfo.az” xəbər verir ki, narkotik alveri ilə məşğul olan dəstə liderini 12 polis müşayiət edib. 

Hadisənin təfərrüatlarına görə, hücum edən şəxs silahı məhkəməyə oyulmuş, içi boş kitabın içində gətirib. Məhkəməyə silah gətirən şəxsin kimliyi isə hələ müəyyən edilməyib.

Samararatne vurulduqdan dərhal sonra xəstəxanaya aparılsa da, edilən bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Hücuma kömək etdiyi güman edilən bir polis məmuru və mikroavtobus sürücüsü də saxlanılıb.

Şri-Lankanın Səhiyyə və Kütləvi Kommunikasiyalar naziri Nalinda Cayatissa hökumətin mütəşəkkil cinayətkar dəstələrin əməllərinə qarşı daha ciddi tədbirlər görəcəyini, məhkəmələrdə və ictimai qurumlarda təhlükəsizlik prosedurlarına yenidən baxılacağını bildirib.

Əfsanə Rəcəb
“Cebheinfo.az”