Yer yarıldı, içinə girdi - FOTO

Yer yarıldı, içinə girdi - FOTO

Nəhəng çuxurlar İngiltərədə küçələri sanki uddu.

"Cebheinfo.az" xəbər verir ki, çərşənbə günü İngiltərənin Surrey bölgəsindəki Godstone High Street-də ilk dəfə bazar ertəsi meydana gələn böyük çuxurdan sonra ikinci çökmə baş verib.

Eni 20 metr olan nəhəng çuxur səbəbiylə bir çox ev boşaldılarkən, bəzi binaların işığı və suyu kəsilib. Səlahiyyətlilər ərazini tamamilə bağlayıb və fövqəladə vəziyyət elan edib.

Məhəllə sakini Nooş Miri “Qapını açanda şəlalənin səsinə bənzər bir səs eşitdim. Çuxur düz qapımızın qabağında idi. Polis dedi ki, təcili olaraq evimizi tərk etməliyik",- deyib. 

Nigar Hacılı 
"Cebheinfo.az"