Bu ölkədə rusofobiya tüğyan edir

Bu ölkədə rusofobiya tüğyan edir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Latviyada cəmiyyət və siyasi çevrələr rusofobiyaya o qədər qapılıb ki, artıq sağlam düşüncə ikinci plana keçib. 

"Cebheinfo.az" xəbər verir ki, o, bu fikri Latviya Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) “Sabitlik” partiyasının lideri, Seim deputatı Aleksey Roslikova qarşı cinayət işi açılması ilə bağlı danışarkən deyib.

“Bu çox təhlükəli bir tendensiyadır. Rusofobiya bu ölkədə artıq sağlam düşüncənin yerini alıb. Belə ölkələr özləri üçün də, başqaları üçün də təhlükəli ola bilər”, - deyə Peskov bildirib.

Qeyd edək ki, Roslikov parlamentdə rus dilində çıxış etdiyinə görə ittiham olunur.

Onun “Rus dili bizim dilimizdir” sözləri Seimdə sərt qarşılanıb və o, iclaslardan kənarlaşdırılıb.

Məlumatlara görə, Latviya Dövlət Təhlükəsizlik Xidməti deputatı “Rusiya Federasiyasına yardım göstərməkdə” və “milli nifrət və ədavət yaymaqda” ittiham edir.

Roslikov bu sözləri Seimdə “Sovet dövründə aparıldığı iddia edilən ruslaşdırma siyasətinin nəticələrinin aradan qaldırılması” ilə bağlı sənəd müzakirə edilərkən deyib.

Xatırladaq ki, may ayının sonunda Latviya parlamenti daxili qaydaları dəyişərək, deputatlara yalnız latış dilində danışmağı məcburi edib.

Qərara əsasən, Seim binasında başqa dillərdə danışmaq qanun pozuntusu sayılacaq. Yeni qaydalar həm deputatlar arasında gündəlik ünsiyyəti, həm də ictimai çıxış və yazışmaları əhatə edir.

Rəsmi statistikaya görə, 2023-cü ilin oktyabrında Latviya əhalisinin 18-69 yaş arası sakinlərinin azı 37,7 faizi rus dilini ana dili hesab edir. Bu isə ölkədə rus dilinin geniş yayıldığını göstərir.

Səbinə Uğur 
"Cebheinfo.az"