Xəzərdən gənc qızın meyiti tapıldı - YENİLƏNİB

Xəzərdən gənc qızın meyiti tapıldı - YENİLƏNİB

Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdən 1 nəfərin meyiti çıxarılıb.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, meyitin çıxarılmasına köməklik göstərilməsi üçün nazirliyə müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyunun 10-u saat 02 radələrində Neftçilər prospektində yerləşən Bakı Dəniz Vağzalının yaxınlığında dənizdə meyit olması barədə aidiyyəti qurumlara məlumat daxil olub.

18-20 yaşlı qadına məxsus meyiti tapılaraq sudan çıxarılıb. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Gənc qızın hansı şəraitdə, harada və nə vaxt dənizə düşərək ölməsi məlum deyil.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

"Cebheinfo.az"