Tanınmış müğənnidən etiraz: "Yaxşı işləmirsiz"

Tanınmış müğənnidən etiraz: "Yaxşı işləmirsiz"

Tanınmış müğənni Nura Suri Azərbaycanda kommunal xidmət göstərən dövlət qurumlarının yaxşı işlımədiyinə etiraz edib.

"Cebheinfo.az" xəbər verir ki, Nura Suri yaşadığı ərazidə işıq və suyun olmadığını bildirib.

"Xətai rayonu, Babek prospektində işıq kəsilib. Nəticədə 18 mərtəbəli binalarda liftlər işləmir, su gəlmir və işıq da yoxdur. Bütün bunlar qarlı, soyuq havada baş verir. Gündə kommunal qiymətləri artırırsınız, amma yaxşı xidmət göstərmirsiniz. Biz dərdimizi kimə deməliyik?" - deyə N.Suri bilirib.

Vilayət Muxtar
"Cebheinfo.az"