“Transneft”in vitse-prezidenti pəncərədən yıxılaraq ölüb

“Transneft” şirkətinin vitse-prezidenti Andrey Bədəlov vəfat edib.
APA-nın Moskva müxbiri xəbər verir, bu barədə “Mash” məlumat yayıb.
Bildirilib ki, o, bu gün səhər saatlarında Rublevskoye şossesində yaşadığı mənzilin pəncərəsindən yıxılaraq ölüb.
Hadisə yerində müstəntiqlər işləyir.
Bədəlov 2021-ci ildən bu vəzifədə çalışıb, o, bundan əvvəl Vosxod Elmi-Tədqiqat İnstitutunda işləyib.
"Cebheinfo.az"