Türkiyə Kosovaya qoşun göndərir

Türkiyə Kosovaya qoşun göndərir

Türkiyə ordusunun hərbçiləri Kosovaya göndəriləcək.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Kosovanın şimalında baş verən hadisələrdən sonra NATO-nun tələbi ilə bölgəyə hərbçi göndərilməsi barədə qərar qəbul edilib.

Nazirlik Türkiyənin BMT, NATO, AB və ATƏT missiyaları və ikitərəfli əlaqələri çərçivəsində regional və qlobal sülh və sabitliyə töhfə verməyə davam etdiyi bildirilib.

"Türkiyə konstruktiv mövqe nümayiş etdirir və Kosovonun şimal hissəsində regional təhlükəsizliyə və sabitliyə zərər vuran son hadisələrin dialoq yolu ilə həlli üçün tərəfləri təmkinli olmağa çağırır", - açıqlamada deyilir.

Cebhe.info