Türkiyədə ağır yol qəzasında 6 nəfər yaralanıb

Türkiyənin Samsun şəhərinin Çərşənbə rayonunda 6 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cebhe.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Samsun – Ordu magistral yolunda iki avtomobil toqquşub. Məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Cebhe.info