Türkiyədə elektrik enerijisi 15 faiz, təbii qaz qiymətləri isə 20 faiz ucuzlaşdırıldı

Türkiyədə elektrik enerijisi 15 faiz, təbii qaz qiymətləri isə 20 faiz ucuzlaşdırıldı

“Aprel ayından etibarən ölkə ərazisində elektrik enerjisinin qiyməti 15 faiz ucuzlaşdırılacaq”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının qrup toplantısında söyləyib.

Türkiyə Prezidenti çıxışının davamında təbii qazın qiymətlərində də endirim olacağını bəyan edib:

“Biz sənayedə təbii qaz qiymətlərini də 20 faiz ucuzlaşdıracağıq”

Türkiyə Prezidenti hökumətin təqaüdçüləri də sevindicəyini bəyan edib.

“Təqaüdçülərimizə bayramlarda verilən mükafat pulunun miqdarını isə 2 min lirəyə qədər(177 manat) qaldıracağıq” - deyə R.T.Ərdoğan bildirib.

Cebhe.info