Ukrayna enerji obyektini vurmaq istədi

Ukrayna enerji obyektini vurmaq istədi

Ukrayna silahlı qüvvələri PUA-dan istifadə edərək Donetskdə enerji obyektinə hücuma cəhd edib.

“Cebheinfo.az” TASS-a istinadən xəbər verir ki, bu barədə separatçı Donetsk Xalq Respublikası "rəsmiləri" məlumat verib. 

Məlumata görə, Donetskdə Ukraynanın pilotsuz uçuş aparatı regional enerji obyektinə hücum edib. Hücumun qarşısı alınıb.

“Donetsk şəhərinin Kuybışevski rayonunda yerləşən “Donbass Dome” hava hücumundan müdafiə və elektron döyüş sistemi regional enerji kompleksi obyektinə edilən hücumunun qarşısını alıb”, - deyə bildirilib.

Əlavə edilib ki, hücum üçün Ukrayna Silahlı Qüvvələri dağıdıcı elementləri olan əldəqayırma partlayıcı qurğu ilə silahlanmış FPV pilotsuz uçan aparatından istifadə edilib.

Həsən Məmmədov
“Cebheinfo.az”