Ukrayna ilk F-16-ları yayda alacaq

Ukrayna ilk F-16-ları yayda alacaq

Ukrayna Hərbi Hava Qüvvələri ilk F-16-ları bu ilin yayında (iyun-iyul aylarında) alacaq.

Bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin həmsöhbəti olan ukraynalı yüksək vəzifəli mənbə təyyarələri hansı ölkənin verəcəyini bildirməyib.

Qeyd edək ki, Danimarka, Hollandiya, Norveç və Belçika Ukraynaya F-16 təhvil verməyi öhdəsinə götürüb.

"Cebhe.info"