Ukrayna Rusiya aktivlərindən 3 milyard avro alıb
![Ukrayna Rusiya aktivlərindən 3 milyard avro alıb](/uploads/images/2025/01/720x400/1736522239821231157678139ff06d54.jpg)
Kiyev Rusiyanın dondurulmuş aktivlərindən 3 milyard avro tranş alıb.
Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz teleqram kanalında məlumat verib.
“Ukraynanın dövlət büdcəsi ERA təşəbbüsü çərçivəsində Aİ-dən üç milyard avro alıb. Bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin edilən Avropa İttifaqının vəsaitlərinin ilk tranşıdır”, - Şmıqal yazıb.
Onun sözlərinə görə, bu pul büdcənin prioritet xərclərinə yönəldiləcək.
Qeyd edək ki, 2024-cü ilin sonunda Aİ Ukraynaya 18,1 milyard avro məbləğində ümumi Aİ kreditinin birinci tranşının 2025-ci ilin yanvarında Kiyevə veriləcəyini açıqlayıb.
"Cebheinfo.az"