Ukraynanın raket ehtiyatları tükənib
Ukraynanın bəzi hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket ehtiyatları tükənib.
"Cebheinfo.az" xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirilən Avropa İttifaqı Zirvəsi çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bu vəziyyəti etiraf edib.
Onun sözləri "RT" tərəfindən yayımlanıb.
“Ukraynanın bəzi hava hücumundan müdafiə sistemləri üçün artıq raketimiz yoxdur”, - Zelenski bildirib.
O, həmçinin qeyd edib ki, Avropa İttifaqından yeni maliyyə dəstəyi alınmasa, Kiyev yaz aylarına doğru pilotsuz uçuş aparatlarının (PUA) istehsalını ciddi şəkildə azaltmaq məcburiyyətində qalacaq.
Zelenskiyə görə, bu vəziyyət döyüş meydanında Rusiyaya nəzərəçarpacaq üstünlük qazandıra bilər.
Nigar Hacılı
"Cebheinfo.az"

