Zelenski ABŞ-nin sülh planından danışdı

Zelenski ABŞ-nin sülh planından danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin sülh planını müzakirəsinə dair  danışıqlarda iştirak edənlərin Donbasla bağlı razılığa gələ bilmədiklərini bildirib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Zelenski “Bloomberg”ə müsahibəsində belə deyib. 

Zelenski bildirib ki, ABŞ sülh planının elementləri təhlükəsizlik zəmanətləri və şərq bölgələri üzərində nəzarət də daxil olmaqla bir sıra həssas məsələlərin daha ətraflı müzakirəsini tələb edir. 

“ABŞ, Rusiya və Ukraynanın öz baxışı var və Donbasla bağlı vahid fikrimiz yoxdur”, - deyə o qeyd edib.

Dövlət başçısının sözlərinə görə, Ukrayna Qərb müttəfiqlərindən, ilk növbədə ABŞ-dən təhlükəsizlik zəmanətləri ilə bağlı ayrıca razılaşma əldə etməkdə israr edir:

“Mənim və bütün ukraynalıların cavab almaq istədiyi bir sual var. Rusiya yenidən müharibəyə başlasa, tərəfdaşlarımız nə edəcəklər?”, - deyə Zelenski əlavə edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”