Zelenski Leyenlə danışıqlar apardı

Zelenski Leyenlə danışıqlar apardı

Ukrayna prezidenti Volodimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə videobağlantı vasitəsilə danışıb.

Modern.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.

Ukrayna prezidenti qeyd edib ki, onlar Qlobal Sülh Sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

"Cebhe.info"