AÇG-da yeni platformadan ilk hasilat quyusunu qazılmasının vaxtı açıqlanıb
Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda tikilən "Azəri Mərkəzi Şərqi” (ACE) platformasından ilk hasilat quyusunu qazılmasına bu ilin noyabr ayında başlanılacaq.
Bunu "BP-Azərbaijan" şirkətinin maliyə məsələləri üzrə vitse-prezidenti Kolin Alan bu gün Bakıda keçirilən Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) İllik Xəzər Texniki Konfransında (SPE Annual Caspian Technical Conference) çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırla ACE layihəsi üzrə işlər davam etdirilir və ilk kəşfiyyat quyusunun qazılmasına yaxın günlərdə start veriləcək.
Qeyd edək ki, layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
Xatırladaq ki, “Mərkəzi-Şərqi Azəri” layihəsi üzrə yekun investisiya qərarı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları tərəfindən 19 aprel 2019-cu ildə imzalanıb. Layihənin dəyəri 6 milyard ABŞ dolları təşkil edir. Platformanın istismarı dövründə bütövlükdə buradan 300 milyon barel neftin hasilatı proqnozlaşdırılır. Bu layihənin məqsədi əlavə quyuları qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.
Layihə suyun 137 metr dərinliyində Mərkəzi Azəri və Şərqi Azəri platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisi; üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturun quraşdırılması; Şərqi Azəri platformasından Mərkəzi-Şərqi Azəri platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelinin çəkilməsini nəzərdə tutur.
Cebhe.info