Ailə Məcəlləsində dəyişiklik edilir

Ailə Məcəlləsində dəyişiklik olunur.
Bununla bağlı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sentyabrın 21-də keçiriləcək iclasında məsələ müzakirə olunacaq.
Komitə iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2022-ci il yaz və növbədənkənar sessiyası dövründə görülən işlər barədə hesabatı.
2. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi.
3. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş)
4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş)
5. “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi
Cebhe.info