Azərbaycanın iki şirkəti Rusiyaya məhsul göndərməkdən imtina edib

Azərbaycanın iki şirkəti Rusiyaya məhsul göndərməkdən imtina edib

İyulun 11-dən Rosselxoznadzor Azərbaycanın istehsalçı şirkətləri olan ALLBUY MMC və MILK PRODUCTS MMC-nin bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa qoyub.

“Cebheinfo.az” bildirir ki, bu barədə Rusiya Rosselxoznadzor-un saytında məlumat verilib.

“Qərar Azərbaycan tərəfinin Rusiya Müfəttişliyi Xidmətinə Rusiyaya idxal edən yuxarıda adı çəkilən süd məhsulları istehsalçılarına yoxlama aparmaqdan imtina etməsi və onların məhsullarının Rusiyaya gələcək tədarükündə maraqlı olmaması əsasında qəbul edilib”, – Rosselxoznadzorun bəyanatında deyilir.

Qeyd olunur ki, Rusiya agentliyi Azərbaycanın səlahiyyətli qurumuna öz məhsullarını Rusiya alıcılarına göndərməkdə davam edən süd məhsulları istehsal edən 5 müəssisənin yaxın gələcəkdə yoxlama aparmağa hazır olması barədə məlumat göndərib… Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, süd məhsulları istehsalı ilə məşğul olan ALLBUY MMC (Kərə yağı və MLCTSD), MILK PRODUCTS MMC mallarının Rusiyaya daha çatdırılmasında maraqlı deyillər”.

“Cebheinfo.az”