Çevrilişə cəhd: Sarkisyan həbs olundu

Ermənistan parlamentinin müxalifətçi deputatı Artur Sarkisyan azadlıqdan məhrum edilib.
"Cebheinfo.az"-ın məlumatına görə, məhkəmə Sarkisyanın barəsində iki ay müddətinə həbs qərarı çıxarıb.
Xatırladaq ki, Ermənistan parlamenti baş prokuror Anna Vardapetyanın vəsatəti əsasında Artur Sarkisyanın deputat toxunulmazlığından məhrum edilməsi və cinayət təqibinin başlanması ilə bağlı qərar qəbul edib. O, terror aktları hazırlamaqda və dövlət çevrilişinə cəhddə ittiham olunur.
Müşfiq Abdulla
"Cebheinfo.az"