Oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Nizami rayonunda bir nəfərin içərisində 1500 manat və sənədlər olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı K.Abbasov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
"Cebheinfo.az"